Normal view

Today — 5 July 2026Main stream

“Zirə” Diqbeunu heyətinə qatdı

5 July 2026 at 17:00

2026/2027-ci illər mövsümündə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “qartallar” bir müddətdir ki, komndanın düşərgəsində baxışda olan Kris Diqbeunu heyətinə qatıb. Kot-d’İvuardan olan yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Zirə” daha öncə Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov, Vieyrinya və Hüseynəli Quliyevi də heyətinə qatmışdı. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis və Rövlan Muradov komandanı tərk ediblər. Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə isə yeni müqavilə imzalanıb.

❌
❌