Normal view

Today — 29 May 2026Main stream

“Qızıl top” sahibinə Londonda təqdim ediləcək

29 May 2026 at 16:00

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2026-cı il üçün “Qızıl top” mükafatının təqdimat mərasiminin keçiriləcəyi yeri və tarixi açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

“France Football” jurnalı və UEFA-nın birgə təşkil etdiyi nüfuzlu tədbir oktyabrın 26-da, bazar ertəsi günü baş tutacaq. Mərasim 70 il əvvəl, 1956-cı ildə tarixdə ilk “Qızıl top”u qazanmış ingiltərəli əfsanəvi futbolçu Stenli Metyuzaya hörmət əlaməti olaraq Londonda təşkil ediləcək.

Məlumata görə, cari ildə baş mükafata əsas namizədlər arasında Harri Keyn (“Bayern”), Lamin Yamal (“Barselona”) və Deklan Rays (“Arsenal”) kimi futbolçuların adları çəkilir.

Qeyd edək ki, 2025-ci ildə bu mükafatı PSJ-nin və Fransa milli komandasının hücumçusu Usman Dembele qazanmışdı.

❌
❌