Normal view

Yesterday — 5 June 2026Main stream

Ravil Qafarov “Şamaxı”ya lazım olmadı

5 June 2026 at 22:00

2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Ravil Qafarov ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Sol cinah müdafiəçisi olan 20 yaşlı futbolçunun başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Ravil Qafarov 2025-ci ilin avqust ayından formasını geyindiyi “Şamaxı”da cəmi 3 oyun keçirib. Müdafiəçi bu görüşlərdə məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Qəbələ”nin yetirməsi olan Qafarov karyerası ərzində “Cəbrayıl”ın da formasını geyinib.

“Şamaxı” daha öncə Karim Rossi, Sezar Henrike Dias Santos, Rodriqo Fransisko Fernandes, Andrey Tırkovyanu, Vladislav Veremeyev, Bilal İsmayılov, Rüfət Abbasov, Arsen Ağcabəyov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Rafael Məhərrəmli, Nihat Mehralıyev və Səlim Həşimovla da vidalaşmışdı. Abdulla Seydəhmədovla isə yeni müqavilə imzalanıb.

❌
❌