Normal view

Today — 6 June 2026Main stream

Ruslan Malinovski “Trabzonspor”da!

6 June 2026 at 14:00

33 yaşlı ukraynalı mərkəz yarımmüdafiəçisi Ruslan Malinovski İtaliyanın “Cenoa” klubundan ayrılaraq “Trabzonspor”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Malinovski “Cenoa”nı azad agent qismində tərk edib. Təcrübəli futbolçu Super Liqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.

Xatrladaq ki, “Cenoa” Malinovskini 2023/2024 mövsümünün əvvəlində, 2023-cü ilin avqust ayında Marsel “Olimpik”indən icarə əsasında heyətinə qatmışdı. İtaliya klubu 2024-cü ilin yanvar ayında “Olimpik”ə 7 milyon avro ödəməklə 30 yaşlı ukraynalını birdəfəlik transfer etmişdi. O, “Cenoa”nın heyətində 75 oyuna çıxıb, 10 qol vurub, 8 assist edib.

Ruslan Malinovski daha öncə Marsel “Olimpik”i, “Şaxtyor” (Donetsk), “Sevastopol”, “Zarya”, “Genk”, “Atalanta” kimi klublarda da forma geyinib.

Hücumameyilli yarımmüdafiəçi 2015-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasında da 70 oyun keçirib, 10 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

❌
❌