Seyxan Fərəcov PFL-in xüsusi mükafatına layiq görüldü
Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026 mövsümünün bombardiri olan Seyxan Fərəсov PFL tərəfindən mükafatlandırılıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
Fərəcova bu gün PFL tərəfindən xüsusi hədiyyə təqdim olunub. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.
MOİK-in hücumçusu olan Seyxan Fərəсov 18 qolla Birinci Liqada mövsümün ən sərrast futbolçusu seçilib.
Xatırladaq ki, MOİK Birinci Liqanın geridə qalmış mövsümünü 33 xalla 6-cı pillədə başa vurub. “Şəfa” 57 xalla çempion olaraq Azərbaycan Premyer Liqasına yüksəlib. “Mingəçevir” 51 xalla 2-ci, “Səbail” isə 50 xalla 3-cü yeri tutub. “Mingəçevir”in də Azərbaycan Premyer Liqasına yüksəlmək şansı var. Amma bunun üçün əyalət klubu elita təmsilçisi “Qəbələ” ilə pley-off oyunundan qalib ayrılması lazımdır.
