Normal view

Today — 28 June 2026Main stream

Vaut Veqhorst “Ayaks”ı “Tvente”yə dəyişdi

28 June 2026 at 18:00

Futbol üzrə Niderland milli komandasının mərkəz hücumçusu Vaut Veqhorst bundan sonrakı karyerasını “Tvente” klubunda davam etdirəcək.

Arena.az bu barədə Niderland klubunun rəsmi saytına istinadən məlumat verir.

33 yaşlı futbolçu yeni komandasına azad agent statusunda qoşulub və 2028-ci ilin yayına qədər nəzərdə tutulmuş uzunmüddətli müqaviləyə imza atıb.

Təcrübəli hücumçu ötən mövsüm Amsterdam “Ayaks”ının formasını geyinib. Vauq Veqhorst bütün turnirlərdə keçirdiyi 34 rəsmi matçda 9 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, niderlandlı forvard karyerası ərzində Almaniyanın “Volfsburq” və “Hoffenhaym”, İngiltərənin “Börnli” və “Mançester Yunayted”, həmçinin Türkiyənin “Beşiktaş” klublarında da çıxış edib.

Xatırladaq ki, “Tvente” ötən mövsüm Niderland çempionatını dördüncü pillədə başa vuraraq qarşıdakı mövsüm üçün avrokuboklara vəsiqə qazanıb.

❌
❌