Normal view

Today — 8 June 2026Main stream

Vladimir Petkoviç Əlcəzair millisində qalacaq – Rəsmi

7 June 2026 at 15:00

Bosniya və Herseqovinadan olan futbol mütəxəssisi Vladimir Petkoviç Əlcəzair milli komandası ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni razılaşmanın şərtlərinə əsasən, 62 yaşlı mütəxəssis yığmanı 2028-ci ilin iyuluna qədər çalışdıracaq. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Vladimir Petkoviç Əlcəzair millisinə 2024-cü ildən rəhbərlik edir. Milli komanda onun rəhbərliyi altında 2025-ci ildə keçirilən Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə qədər irəliləməyi bacarıb.

Qarşıdan gələn dünya çempionatının qrup mərhələsində Əlcəzair kollektivi Argentina (17 iyun), İordaniya (23 iyun) və Avstriya (28 iyun) yığmaları ilə mübarizə aparacaq.

Əlcəzair millisi Petkoviçin rəhbərliyi altında keçirdiyi 28 oyunda 21 qələbə qazanıb, 4 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Bosniyalı mütəxəssis daha öncə “Bordo”, “Latsio”, “Sion”, “Samsunspor”, “Yanq Boyz”, “Luqano” və “Bellintsona”ya, həmçinin İsveçrə yığmasına rəhbərlik edib.

❌
❌