Normal view

Yesterday — 19 June 2026Main stream

Viktor Munyos “Liverpul”da! – Rəsmi

19 June 2026 at 09:00

İngiltərənin “Liverpul” klubu heyətini İspaniya milli komandasının və “Osasuna”nın cinah hücumçusu Viktor Munyos ilə gücləndirib.

Arena.az bu barədə Premyer Liqa nəhənginin rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı futbolçu hazırda dünya çempionatında (DÇ-2026) İspaniya millisinin düşərgəsində olsa da, ABŞ-ın Tennessi ştatında yerləşən məşq bazasında tibbi müayinədən uğurla keçib və mersisaydlılarla uzunmüddətli müqaviləyə imza atıb. Klub müqavilənin müddətini açıqlamayıb.

İnsayderlərin məlumatına görə, transferin dəyəri 40 milyon avro təşkil edib. Maraqlıdır ki, bu məbləğin yarısı – 20 milyon avro – futbolçunun yetirməsi olduğu “Real” (Madrid) klubuna çatacaq. Bu bənd Munyosun 2025-ci ilin iyulunda “Osasuna”ya keçidi zamanı müqaviləyə daxil edilmişdi.

Munyos 2025/2026-cı illər mövsümündə Pamplona təmsilçisinin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, perspektivli ispan vingerin keçidi Andoni İraolanın “Liverpul”un baş məşqçisi təyin olunmasından sonra klubun ilk yay transferi olub.

Viktor Munyos 2026-cı ildə debüt etdiyi İspaniya millisinin heyətində 2 oyuna çıxıb, 1 qol vurub.

Before yesterdayMain stream

İbrahima Konate rəsmən “Real”da!

18 June 2026 at 17:00

Bu yay “Liverpul”dan azad agent kimi ayrılmış Fransa yığmasının mərkəz müdafiəçisi İbrahima Konate Madrid “Real”ına keçib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilə qədər “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçmişdi.

Fransalı futbolçu “Liverpul”un heyətində 183 oyuna çıxıb. O, bu oyunlarda 7 qola imza atıb, həmçinin 4 məhsuldar ötürmə müəllifi olub.

Fransa yığmasının üzvü “Liverpul”la 5 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Premyer Liqasının (2024/2025), 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.

İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Müdafiəçi 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində meydana çıxdığı 28 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

İspaniya millisinin hücumçusu “Liverpul” yolunda

18 June 2026 at 17:50

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi “Osasuna”dan Viktor Munyosla anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İngiltərə klubu 22 yaşlı vinger üçün 40 milyon avro ödəyəcək.

Munyos İspaniya millisinin dünya çempionatı üçün heyətində yer alır.

“Liverpul”la “Real” oyunçu mübadiləsi edə bilər

8 February 2026 at 12:26

“Real” və “Liverpul” yarımmüdafiəçi mübadiləsi edə bilərlər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” argentinalı futbolçu Aleksis Makallisteri Madrid klubuna təklif etməyə hazırdır. Klub bunun müqabilində isə fransalı oyunçu Orelyen Tçuamenini istəyir.

“Real” hazırda İspaniya La Liqasında 2-ci, “Liverpul” isə İngiltərə Premyer Liqasında 6-cı yerdədir.

The post “Liverpul”la “Real” oyunçu mübadiləsi edə bilər appeared first on Komanda.az.

❌
❌