Reading view

“Əl Nəsr”in hücumçusu mövsümün ən yaxşısı seçildi

Səudiyyə Ərəbistanı Pro Liqasında mövsümün ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı “Əl Nəsr”in hücumçusu Joao Feliks qazanıb.

Portuqaliyalı futbolçu çempionatda 33 oyunda 20 qol vurub, 14 məhsuldar ötürmə edib.

“Əl Nəsr” yeddi il sonra Səudiyyə Ərəbistanı çempionu olub.

Jezuşdan ayrılıq qərarı

Portuqaliyalı mütəxəssis Jorje Jezuş “Əl Nəsr”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə o, çempionluqlarını elan etdikləri “Əl Damak”la matçdan sonra yerli mətbuata açıqlamasında bildirib. Jezuş gələn ay klubla yollarını ayıracağını bildirib.

71 yaşlı mütəxəssisin “Fənərbağça”ya təyinatı gözlənilir.

❌