Reading view

Jesse Sekidika “Sabah”a bu sözlələrlə vida etdi

Nigeriyalı futbolçu Jesse Sekidika Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olmuş “Sabah”la vidalaşıb.

Arena.az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:

“Sabah”la yollarımızı ayırarkən, böyük minnətdarlıq və qürur hissi keçirirəm. Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim. Bu gün isə minnətdarlıq dolu bir ürək və əbədi olaraq mənimlə qalacaq xatirələrlə ayrılıram. Birlikdə inanılmaz anlar yaşadıq, çətinliklərin öhdəsindən gəldik və bu klubun tarixinin bir hissəsi olacaq nailiyyətləri qeyd etdik. Üç kubok qazandığım üçün çox qürur duyuram, amma ən əsası, yolboyu bizimlə olan insanları və münasibətləri qiymətləndirəcəyəm.

Komanda yoldaşlarıma, məşqçilərimə, işçi heyətinə, rəhbərliyə və bu səyahəti xüsusi etmək üçün pərdəarxası əməyi keçən hər kəsə təşəkkür edirəm. İlk gündən sevgi və dəstəyə görə azarkeşlərə minnətdaram. Bu klubun tarixinin bir hissəsi olduğum üçün qürur duyuram və karyeramın bu dönəminin mənə verdiyi hər şeyə görə minnətdaram.

Kluba davamlı uğurlar və gələcək üçün ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.

Xatırladaq ki, nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti artırılmayıb. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Jesse Sekidika 2023-cü ilin sentyabr ayından “Sabah”da çıxış edirdi. O, “bayquşlar”ın tarixində mühüm rol oynamış futbolçulardandır. Nigeriyalı futbolçu “bayquşlar”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

29 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Əskişəhərspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyəspor” (2023) və Belçikanın “Leven” (2021) klublarında da oynayıb.

Jesse Sekidika “Sabah”a lazım olmadı – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olmuş “Sabah” sol vingeri Jesse Sekidika ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

❌