Markos Avropaya qayıdır
“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Niderland təmsilçisi “Əl Hilal”dan Markos Leonardo ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Ayaks” braziliyalı hücumçu üçün 17.5 milyon avro ödəyəcək.
23 yaşlı hücumçu ötən mövsüm “Əl Hilal”la 27 oyunda 13 qol vurub.
Leonardo daha öncə “Benfika”da çıxış edib.