Reading view

“Fənərbağça”dan hücumçu transferi

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Super Liqa klubu “Malyorka”dan Vedat Muriqi ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İstanbul təmsilçisi kosovolu hücumçu üçün 15 milyon avro transfer haqqı ödəyəcək.

31 yaşlı hücumçu 2019/2020 mövsümündə “Fənərbağça”da forma geyinib.

Muriqi başa çatan “futbol ili”ndə “Malyorka” formasıyla 23 qol vurub.

❌