Reading view

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Futbol üzrə Braziliya milli komandasının tarixindəki ən məhsuldar oyunçu olan Neymar yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

34 yaşlı hücumçu qərarını emosional sözlərlə ifadə edib:

“Bir neçə dəfə cəhd etdim, amma alınmadı. Bu stadionda başlamışdım, burada da bitirirəm”.

Neymar Braziliya millisində son oyununa dünya çempionatının (DÇ-2026) 1/8 finalında çıxıb. O, Norveçə 1:2 hesabı ilə uduzduqları görüşdə sonradan meydana daxil olub və əlavə olunmuş vaxtda penaltini dəqiq yerinə yetirərək 2023-cü ildən bəri milli komandadakı ilk qolunu vurub. Lakin bu qol Braziliyanı məğlubiyyətdən xilas etməyib.

Təcrübəli futbolçu milli komandanın heyətində keçirdiyi 130 oyunda 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub. O, bu göstərici ilə Braziliya millisinin tarixinin ən yaxşı bombardiridir.

Qeyd edək ki, Neymar dünya çempionatlarında da bir sıra əlamətdar nailiyyətlərə imza atıb. O, Norveçlə oyunda vurduğu qolla Peledən sonra dörd müxtəlif dünya çempionatında fərqlənən ikinci braziliyalı futbolçu olub. Bundan əlavə, həmin görüşdə meydana çıxmaqla dünya çempionatlarında keçirdiyi oyunların sayını 15-ə çatdıraraq Peleni geridə qoyub və bu göstəricidə Braziliya tarixində yalnız Kafudan geri qalır.

Neymar Pelenin tarixi uğurunu təkrarladı, onu geridə qoydu

Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/8 finalında Norveçlə oyun Braziliya millisinin hücumçusu Neymar üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu bu matçın 67-ci dəqiqəsində meydana daxil olmaqla dünya çempionatlarında keçirdiyi oyunların sayını 15-ə çatdırıb.

Bununla o, Braziliya futbolunun əfsanəsi Peleni (14 oyun) geridə qoyub. Braziliya millisinin rekordçusu isə 20 mundial matçı ilə Kafu olaraq qalır.

Neymar qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək millidə 2023-cü ildən bəri ilk qolunu vurub. O, sonuncu dəfə 2023-cü ildə dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda (5:1) dubl etmişdi.

Bu qol “Ney” üçün dünya çempionatları tarixində 9-cu olub. O, 2014-cü il mundialında 4, 2018 və 2022-ci illərdə hərəyə 2, 2026-cı il turnirində isə 1 qol vurub.

Bununla Neymar daha bir tarixi nailiyyətə imza ataraq Peledən sonra dünya çempionatlarının dörd müxtəlif final mərhələsində qol vurmuş ikinci braziliyalı futbolçu olub. Pele 1958, 1962, 1966 və 1970-ci illərdə keçirilən mundiallarda fərqlənmişdi.

Norveçlə oyundakı qoldan sonra ulduz futbolçunun Braziliya millisindəki qol sayı 80-ə yüksəlib. O, bu göstərici ilə komandanın tarixində ən yaxşı bombardir olaraq qalır.

Buna baxmayaraq, Braziliya 1:2 hesablı məğlubiyyətlə dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Peledən sonra Neymar

Braziliya millisi dünya çempionatının 1/8 finalında Norveçə uduzub – 1:2.

Futbolpress.az xəbər verir ki, “sambaçılar”ın qoluna Neymar imza atıb. Braziliyalı hücumçu bununla da 4 fərqli mundialda qol vurub. O, 2014, 2018 və 2022-ci illərdə baş tutan dünya çempionatlarında da fərqlənib.

Neymar bu göstəricidə yığmanın sabiq hücumçusu Pelenin göstəricisini təkrarlayıb. Mərhum futbolçu 1958, 1962, 1966 və 1970 mundiallarında qol vurub.

❌