DÇ-2026: açılış oyununun ən yaxşı futbolçusu bilindi
Dünya çempionatının Meksika ilə CAR (Cənubi Afrika Respublikası) arasında keçirilən açılış matçının ən yaxşı futbolçusu məlum olub.
Futbolpress.az FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Meksika yığmasının üzvü Xulian Qinyonesdir.
Yarımmüdafiəçi görüşdə komandasının birinci qolunun müəllifi olub. Matç Meksikanın qələbəsiylə başa çatıb – 2:0.