“Sambaçı” 1/8 finalı buraxacaq
Braziliya millisinin hücumçusu Rafinya DÇ-2026-nın 1/8 final mərhələsində Norveçlə matçda iştirak etməyəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Zədəsini hələ sağaltmayan Rafinya bu səbəbdən görüşü buraxacaq.
Braziliya – Norveç oyunu iyulun 6-da keçiriləcək.
Rafinya qrup mərhələsində Haiti ilə matçda (3:0) zədə alıb.