Kukurelyadan maraqlı vəd: “Çempion olsaq…”
İspaniya millisinin futbolçusu Mark Kukurelya maraqlı vəd verib.
Futbolpress.az COPE-yə istinadən xəbər verir ki, müdafiəçi dünya çempionu olacaqları təqdirdə, qeyri-adi addım atacağını bildirib:
“Dünya çempionu olsaq, baş məşqçimiz Luis de la Fuentanın simasını tatu etdirəcəyəm”.
İspaniya millisi mundialda Kabo-Verde, Uruqvay və Səudiyyə Ərəbistanı ilə bir qrupda mübarizə aparacaq.