Reading view

Otar Aptsiauri “Kəpəz”ə lazım olmadı – Rəsmi

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Kəpəz” mərkəz yarımmüdafiəçisi Otar Aptsiauri ilə yollarını ayırıb. Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir. Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir. Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Source

❌