Hansi Flik “Real”la matçda texniki zonada olmayacaq
“Barselona”nın alman baş məşqçisi Hansi Flik La Liqanın 10-cu turunda qarşılaşacaqları “Real”la matçda texniki zonada yer ala bilməyəcək. Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir. Bildirilir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Barselona”nın baş məşqçisinin qırmızı vərəqə ilə bağlı apellyasiya şikayətini qəbul etməyib.