Reading view

Cəlal Hüseynov qol vurdu, “Arda” 1/8 finala çıxdı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində bu gün “Fratria” ilə qarşılaşıb. Səfərdə baş tutmuş bu oyun “Arda”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Source

Cəlal Hüseynov oynamadı, “Arda” “Montana” ilə bacarmadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının daha bir oyununu buraxıb. Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 13-cü turu çərçivəsində “Montana” ilə qarşılaşıb. “Arda” səfərdə baş tutmuş bu oyundan xal itkisi ilə ayrılıb – 1:1. Hüseynov bu görüşün iştirakçısı olmayıb. O…

Source

Cəlal Hüseynov oynamadı, “Arda” “Septemvri”yə uduzdu

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının daha bir oyununu buraxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 12-ci turu çərçivəsində bu gün “Septemvri” (Sofiya) ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyun “Arda”nın məğlubiyyəti ilə yekunlaşıb – 0:1. Hüseynov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Arda” 12 turdan sonra 12 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 3 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 62 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

The post Cəlal Hüseynov oynamadı, “Arda” “Septemvri”yə uduzdu appeared first on ARENA.AZ.

❌