Reading view

Fransa millisinin futbolçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Fransa millisinin futbolçusu Desire Due DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib.

Komanda.az xəbər verir ki, PSJ-də çıxış edən 20 yaşlı vinger Liqa 1-in 10-cu turunda “Loryan”la matçda (1:1) xəsarət alıb və meydanı xərəkdə tərk edib.

Onun sağalması üçün bir neçə həftə lazım olacaq.

Due oktyabrda Azərbaycan millisinə qalib gəldikləri (3:0) qarşılaşmada zədə səbəbindən iştirak edə bilməyib. Futbolçu cari mövsümdə PSJ-də meydana çıxdığı 15 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan – Fransa oyunu noyabrın 16-da keçiriləcək.

The post Fransa millisinin futbolçusu Azərbaycanla oyundan əvvəl zədələnib appeared first on Komanda.az.

❌