Reading view

Ravin Alməmmədov Avropa birinciliyinin qalibi oldu

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində təşkil edilmiş Avropa birinciliyinin qalibi olub. Arena.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldırmış Ravin Alməmmədov toplamda 340 kq nəticə göstərib.

Source

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu

Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb.

Komanda.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 130 kq çəkini ram etməyi bacarıb.

Təkanla qaldırma hərəkətində 160 kq-ın öhdəsindən gələn atlet toplamda 290 kq nəticə ilə yarışı 7-ci yerdə başa vurub.

The post Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 7-ci oldu appeared first on Komanda.az.

❌