Normal view

Before yesterdayMain stream

Formula 1 üzrə 2025-ci ilin dünya çempionu – Lando Norris!

7 December 2025 at 19:00

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün sonuncu mərhələsi – 24-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, həlledici yarış Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunub.

Əbu-Dabi qran-prisində son 4 ilin çempionu Maks Ferstappen qalib olub. “Red Bull”un niderlandlı sürücüsü 58 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun cari mövsümdəki 8-ci, karyerası ərzində 71-ci zəfərdir. Startda komanda yoldaşını qabaqlayan Oskar Piastri 2-ci nəticə göstərib. Lakin bunların heç birinin əhəmiyyəti olmayıb. Finişdə 3-cü olan Lando Norris qazandığı 15 xalla çempionluğunu rəsmiləşdirib. Bununla da o, Formula 1 tarixinin 35-ci çempionu olub.

Əbu-Dabidə qalib gəlmiş Mak Ferstappen çempionatı 2-ci pillədə bitirib. Bununla da onun ardıcıl 4 çempionluq seriyası başa çatıb. Çempionatın ilk yarısında uzun müddət lider olan Oskar Piasri yekunda 3-cü yeri tutub.

Mühəndislər Kubokunda isə “Maklaren” ilk sıranı tutub. Ötən il 4-cü olan “Mercedes” bu dəfə 2-ci pilləyə yüksəlib. “Red Bull” bu il də çempiontı 3-cü yerdə bitirib. Fiaskolarla zəngin olan mövsümündə “Ferrari” keçən il 2-ci olduqdan sonra bu il 4-cü olub.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Lando Norris (Maklaren) – 423
  2. Maks Ferstappen (Red Bull) – 421
  3. Oskar Piastri (Maklaren) – 410
  4. Corc Rassell (Mersedes) – 319
  5. Şarl Lekler (Ferrari) – 242
  6. Luis Hamilton (Ferrari) – 156
  7. Kimi Antonelli (Mersedes) – 150
  8. Aleksander Albon (Uilyams) – 73
  9. Karlos Sayns (Uilyams) – 64
  10. Fernando Alonso (Aston Martin) – 56
  11. Niko Hulkenberq (Zauber) – 51
  12. İsaak Hacar (Rasinq Bulls) – 51
  13. Oliver Berman (Haas) – 41
  14. Liam Louson (Red Bull) – 38
  15. Esteban Okon (Haas) – 38
  16. Lens Stroll (Aston Martin) – 33
  17. Yuki Tsunoda (Rasinq Bulls) – 33
  18. Pyer Qasli (Alpin) – 22
  19. Qabriel Bartoleto (Zauber) – 19
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 833
  2. Mersedes – 469
  3. Red Bull – 451
  4. Ferrari – 398
  5. Uilyams – 137
  6. Rasinq Bulls – 92
  7. Aston Martin – 89
  8. Haas – 79
  9. Zauber – 70
  10. Alpin – 22

Balakişi Qasımov yenidən AQF-yə prezident seçildi

5 December 2025 at 14:30

İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib.

Arena.az bu barədə AQF-yə istinadən xəbər verir.

Belə ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunmuş tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirdə 61 yaşında dünyasını dəyişən mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. AQF-nin baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində qurumun fəaliyyəti, görüləcəklər işlər, keçirilən yarışlar, əldə olunan uğurlar barədə məlumat verib.

Sonra AQF rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək B.Qasımovu yenidən AQF prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Sonda B.Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib.

❌
❌