Reading view

“Tottenhem” qiyməti 70 milyon avro olan hücumçunu istəyir

“Tottenhem”, “Nyukasl” və “Aston Villa”nın da izlədiyi “Brentford”un hücumçusu İqor Tyaqo ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Brentford” braziliyalı futbolçu üçün 70 milyon avro istəyir. Lakin bu qiymət oyunçunun bu qış transferini çətinləşdirir. “Brentford”un istəyi isə bu yöndədir. “Tottenhem” forvardı icarəyə götürməyi düşünür, amma “Brentford” bunu da istəmir.

Tyaqonun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Tottenhem” qiyməti 70 milyon avro olan hücumçunu istəyir appeared first on Komanda.az.

Fransalı futbolçunun “Roma”ya keçmək ehtimalı azalıb

“Tottenhem”in hücumçusu Matteys Telin “Roma”ya keçmək ehtimalı azdır.

Komanda.az xəbər verir ki, bu barədə “Il Messaggero” məlumat yayıb.

20 yaşlı futbolçunu transfer etmək istəyən “Roma”nın şansları azalır, çünki Tel, Tomas Frank (“Tottenhem”in baş məşqçisi) üçün getdikcə vacib oyunçuya çevrilir. Yaxınlarda onun UEFA Çempionlar Liqası üçün komandanın heyətinə daxil edilməsi klubdakı mövqeyini gücləndirib.

Fransalı forvard cari mövsümdə bütün turnirlərdə 14 oyunda iştirak edib və 2 qol vurub. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.

The post Fransalı futbolçunun “Roma”ya keçmək ehtimalı azalıb appeared first on Komanda.az.

“Tottenhem”in futbolçusu “Kristal Pelas”a keçə bilər

“Tottenhem”in vingeri Brennan Conson İngiltərə Premyer Liqasının digər klubuna keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Uelsli futbolçu ilə “Kristal Pelas” maraqlanır. Consonun transferi yanvarda reallaşa bilər.

24 yaşlı oyunçunun “Tottenhem”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə “Tottenhem”in heyətində 19 oyuna çıxıb və 4 qol vurub.

The post “Tottenhem”in futbolçusu “Kristal Pelas”a keçə bilər appeared first on Komanda.az.

Tomas Frank “Tottenhem” azarkeşlərindən dəstək istəyir

“Tottenhem”in baş məşqçisi Tomas Frank “mahmızlar”ın azarkeşlərinin komandadan soyuması ilə bağlı sualı cavablayıb.

Arena.az danimarkalı mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Əgər siz demək istəyirsiniz ki, mən tərəfdarlarımızı itirirəm… bu, nə qədər olacaq: beş, on, on beş, iyirmi faizi? Əlbəttə, istərdik ki, bütün yüz faizi bizimlə olsun. Düşünürəm ki, hamısı bizə inanan gözəl azarkeşlər, “mahmızlar”ın əsl azarkeşləridir”, deyə 52 yaşlı mütəxəssis vurğulayıb.

Tomas Frank bu ilin yayında “Tottenhem”ə baş məşqçi təyin edilib. London təmsilçisi onun rəhbərliyi altında 22 oyun keçirib. Komanda bu görüşlərdə 8 qələbə, 6 heç-heçə, 8 məğlubiyyət görüb.

“Tottenhem” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 14 oyuna topladığı 19 xalla 11-ci sırada qərarlaşıb.

❌