Ronaldo məşhur filmə çəkiləcək
“Əl Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo “Forsaj” filmində rol alacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə aktyor Vin Dizel sosial şəbəkə hesabında paylaşım edib:
“Hamı soruşurdu ki, Ronaldo “Forsaj”da olacaqmı? Bəli, deməliyəm ki, həqiqətən, bu baş verəcək. Biz onun üçün rol yazmışıq”.