Sabiq futbolçu Vinisiusu simulyasiyada günahlandırdı
Niderland futbolunun tanınmış simalarından Marko van Basten “Alaves”lə “Real” arasında keçirilən (İspaniya La Liqası) oyunda verilməyən penalti epizodu ilə bağlı fikirlərini bölüşüb.
Qarşılaşmanın 88-ci dəqiqəsində Vinisius Juniorun cərimə meydançasında yerə yıxılması hakim tərəfindən qayda pozuntusu kimi qiymətləndirilmədi. Bu qərar matçdan sonra “kral klubu”nun düşərgəsində ciddi narazılığa səbəb oldu və geniş müzakirələrə yol açdı. Ancaq Van Basten bu mövzuda “Real” tərəfinin mövqeyi ilə razılaşmadığını bildirib.
Komanda.az xəbər verir ki, “The Touchline” nəşrinə danışan sabiq futbolçu həmin epizodda penalti üçün əsasın olmadığını deyib:
“Bu, penalti deyil. Bəli, təmas var idi, amma Vinisius bu təması gözləyirdi. Toxunuşu hiss edən kimi həddən artıq asanlıqla özünü yerə atdı. Rəqibin zərbəsindən doğrudan da yıxıldığına inanmaq çətindir”.
Qarşılaşma Xabi Alonsonun rəhbərlik etdiyi “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
The post Sabiq futbolçu Vinisiusu simulyasiyada günahlandırdı appeared first on Komanda.az.