Meksikada çempion 24 penaltidən sonra müəyyənləşib
Meksikada Apertura turnirinin qalibi müəyyənləşib.
Final qarşılaşmasında “Tiqres”lə üz-üzə gələn “Toluka” taleyüklü oyunda inanılmaz penalti seriyasından qalib ayrılaraq, tarixində 12-ci çempionluğunu rəsmiləşdirib.
Əsas vaxt və əlavə dəqiqələrdə qalib müəyyənləşmədiyindən, çempionun adı penalti seriyasında bəlli olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər ümumilikdə 24 penalti zərbəsi yerinə yetirib ki, bu da final üçün nadir hallarda rast gəlinən göstəricidir.
Həlledici anda “Tiqres”in oyunçusu Anxel Korrea (“Atletiko”nun sabiq futbolçusu) zərbəni dəqiq yerinə yetirə bilməyib. Ardınca Aleksis Veqa penaltini qola çevirərək “Toluka”ya qələbə qazandırıb.
Beləliklə, “Toluka” ardıcıl ikinci dəfə Meksika çempionu olub. Bu uğur yerli futbol üçün kifayət qədər nadir hadisə sayılır – indiyədək buna cəmi beş klub nail olmuşdu.
The post Meksikada çempion 24 penaltidən sonra müəyyənləşib appeared first on Komanda.az.