Reading view

PSJ seneqallı futbolçu ilə yeni müqavilə bağlayıb

PSJ gənc oyunçusu İbrahim Mbaye ilə bağlı vacib qərar verib.

Paris təmsilçisi futbolçunun müqaviləsində nəzərdə tutulan uzatma şərtini aktivləşdirərək, anlaşmanı daha bir il müddətinə artırıb. 17 yaşlı vingerin əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ rəhbərliyi Mbayeyə olan etimadı nəzərə alaraq, sözləşmənin müddətini 2028-ci ilə qədər uzadıb.

Seneqallı futbolçu artıq Paris klubunun əsas komandasında 30 oyuna çıxıb. Cari mövsümdə baş məşqçi Luis Enrike onu 8 dəfə start heyətində meydana buraxıb, 10 qarşılaşmada isə sonradan oyuna daxil olub. O, PSJ forması ilə 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Mbaye Seneqal millisində də özünü göstərib – iki oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

The post PSJ seneqallı futbolçu ilə yeni müqavilə bağlayıb appeared first on Komanda.az.

❌