Reading view

“Mançester Yunayted” “Bornmut”un iki futbolçusunu “qaralayıb”

“Bornmut”un yarımmüdafiəçiləri Aleks Skott və Tayler Adams “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Transfer News Live” məlumat yayıb.

Bazar ertəsi Premyer Liqa çərçivəsində üz-üzə gələn komandaların oyunu 4:4 hesabı ilə yekunlaşıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Tayler Adams zədə səbəbindən oyunu davam etdirə bilməyib və onun yerinə məhz Aleks Skott meydana daxil olub.

“Qırmızı şeytanlar” baş məşqçi Ruben Amorimin tələblərinə uyğun olaraq, orta xətti yenidən qurmaq niyyətindədir və bu baxımdan hər iki futbolçunun transferi nəzərdən keçirilir. Bildirilir ki, klublar Adamsın keçidi ilə bağlı artıq danışıqlar aparıblar, ancaq 26 yaşlı yarımmüdafiəçinin ciddi zədəsi sözləşmənin baş tutmamasına səbəb ola bilər.

“Transfermarkt” portalı amerikalı Adamsın transfer dəyərini 25 milyon, 22 yaşlı Aleks Skottun qiymətini isə 30 milyon avro olaraq göstərir.

The post “Mançester Yunayted” “Bornmut”un iki futbolçusunu “qaralayıb” appeared first on Komanda.az.

❌