Normal view

Today — 4 February 2026Main stream

İngiltərə klubu “Milan”ın müdafiəçisini transfer etməyə yaxındır

4 February 2026 at 17:27

“Bornmut” müdafiəçi Aleks Ximenesi (“Milan”) daimi keçid əsasında heyətinə qatmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferi həftə sonuna qədər 19,5 milyon avro+5,3 milyon avro bonuslarla tamamlanacaq.

Ödənişin bir hissəsi “Milan” və “Real” (o, Madrid klubunun yetirməsidir) arasında bölünəcək: madridlilər satışdan 50 faiz pay alacaq. 20 yaşlı futbolçu ingilislərlə müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayacaq.

Ximenes sentyabrda “Milan”dan icarəyə götürülüb. O, həmin vaxtdan bəri bütün turnirlərdə 22 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post İngiltərə klubu “Milan”ın müdafiəçisini transfer etməyə yaxındır appeared first on Komanda.az.

Before yesterdayMain stream

Xristos Mandas “Latsio”nu “Bornmut”a dəyişdi

27 January 2026 at 19:00

Yunanıstan millisinin və İtaliyanın “Latsio” komandasının qapıçısı Xristos Mandas bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı qolkiper cari mövsümün sonuna qədər icarə əsasında Premyer Liqa təmsilçisinin formasını geyinəcək. İngiltərə klubu yarım mövsümlük icarə üçün “Latsio”ya 1,5 milyon avro ödəyib. “Bornmut” mövsümün sonunda Mandasın transfer hüquqlarını almaq hüququna da malikdir.

Xatırladaq ki, “Latsio” Mandası 2023-cü ildə Yunanıstanın “OFİ Krete” klubundan 1,3 milyon avro müqabilində transfer etmişdi. O, cari mövsümdə paytaxt klubunun heyətində cəmi 1 oyunda meydana çıxıb və qapısını toxunulmaz saxlayıb. Mandasın “Latsio” karyerası bütövlükdə 33 oyun, 27 buraxılmış qol və 12 “quru” oyundan ibarətdir. Onun İtaliya kollektivi ilə müqaviləsi 2029-cu ilin 30 iyununa qədər qüvvədədir.

Xristos Mandas peşəkar karyerasına yetirməsi olduğu Yunanıstanın “Atromitos” klubunda başlayıb. O, ölkəsində “OFİ Krete”nin də uğurları üçün çalışıb.

Yunan qolkiper ölkəsinin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında forma geyinib, əsas millidə isə 2 oyun keçirib.

“Transfermarkt” internet-portalı 24 yaşlı qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

❌
❌