“Çelsi” və “Arsenal” türk futbolçu üçün danışıq aparır
İngiltərənin top-klubları “Yuventus”un hücumçusu Kənan Yıldız uğrunda mübarizəni davam etdirir.
Turin təmsilçisinin rəhbərliyi 20 yaşlı futbolçunu daha yaxşı şərtlərlə yeni müqavilə imzalamağa razı salmağa çalışsa da, Premyer Liqa klubları Kənanı heyətinə qatmaq niyyətindən geri çəkilmir.
Komanda.az “caughtoffside”-a istinadən xəbər verir ki, London təmsilçiləri “Çelsi” və “Arsenal” türkiyəli futbolçunun agentləri vasitəsilə danışıqlar aparır. Yıldız hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib.
Kənan Yıldız cari mövsümdə “Yuventus”un heyətində 21 oyunda iştirak edib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
The post “Çelsi” və “Arsenal” türk futbolçu üçün danışıq aparır appeared first on Komanda.az.