“Şəmkir”in hakimləri təhqir edən rəsmilərinin cəzası açıqlandı
Hakimləri təhqir edən 2-ci Liqa təmsilçisi “Şəmkir”in rəsmiləri 4 oyunluq diskvalifikasiya olunub.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
13-cü turun “Quba” ilə oyunu bitdikdən sonra hakimləri təhqir edən “Şəmkir”in meneceri Taleh Əliyev və digər rəsmisi Elçin Qurbanov 4 oyunluq cəzalanıblar. Bununla yanaşı, hər iki şəxsin hərəkətinə görə klub 1000 manat cərimələnib.
Həmçinin, “Şəmkir” 5 oyunçusunun sarı vərəqə almasına görə 70, azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 600 manat ziayan düşüb.
Bölgə klubunun futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun hərəkətinə görə bölgə klubu 50 manat cərimələnib.
The post “Şəmkir”in hakimləri təhqir edən rəsmilərinin cəzası açıqlandı appeared first on Komanda.az.