Reading view

Fransalı futbolçu “Milan”dan ayrılmasının səbəbini açıqladı

Bir vaxtlar “Milan”ın əsas sol cinah müdafiəçisi olan, hazırda isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında çıxış edən Teo Hernandes İtaliya klubundan ayrılmasının səbəblərini açıqlayıb.

Fransalı futbolçu bu ilin iyulunda “qırmızı-qaralar”ın sıralarını tərk edərək Səudiyyə Ərəbistanına yollanıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı oyunçu “Gazzetta dello Sport” nəşrinə açıqlamasında ayrılığın onun istəyi ilə baş vermədiyini bildirib:

“Milan”dan getmək istəmirdim. Qalmaq üçün hazır idim. Amma klub rəhbərliyindən zəng edib dedilər ki, “getməsən, heyətdən kənarlaşdırılacaqsan”. Bu vəziyyətdə başqa seçimim yox idi və yeni klub axtarmağa məcbur qaldım”.

Hernandes 6 il “Milan”ın formasını geyinib. A Seriyası təmsilçisi onun satışından 25 milyon avro gəlir əldə edib.

The post Fransalı futbolçu “Milan”dan ayrılmasının səbəbini açıqladı appeared first on Komanda.az.

❌