Reading view

Marselo qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqladı

“Real”ın sabiq müdafiəçisi Marselo karyerası ərzində qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu sualı cavablandırarkən bəzi oyunçuların ona meydanda ciddi problemlər yaratdığını etiraf edib:

“Ah, bu uşaqlar həqiqətən mənə çətin anlar yaşadırdı”.

Siyahıda ilk olaraq Lionel Messinin adını çəkən sabiq müdafiəçi, argentinalı futbolçunu “çox çətin rəqib” kimi xarakterizə edib.

Daha sonra Marselo “Sevilya”nın sabiq futbolçusu Xesus Navası qeyd edib:

“O da mənə problemlər yaradırdı”.

Üçüncü olaraq “Real Sosyedad”ın keçmiş yarımmüdafiəçisi Xabi Prietonun adını çəkən Marselo, onun çox vaxt lazımi qədər qiymətləndirilmədiyini vurğulayıb:

“İnsanlara adi futbolçu təsiri bağışlayırdı, amma əslində ona qarşı oynamaq inanılmaz dərəcədə çətin idi. Bu qədər qaçacağını və belə oynayacağını gözləmirdim. Amma həqiqətən çox yaxşı idi”.

Siyahını tamamlayan futbolçu isə “Barselona”nın sabiq yarımmüdafiəçisi Pedro olub.

Marselo uzun illər La Liqada çıxış edib və dünyanın ən güclü hücumçularına qarşı oynamaq təcrübəsinə malikdir.

The post Marselo qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqladı appeared first on Komanda.az.

❌