PSV Veermanı buraxmadı
PSV adı “Fənərbağça” ilə hallanan yarımmüdafiəçi Coey Veermanın klubda qalacağını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Eyndhoven təmsilçisi yarımmüdafiəçinin mövsümün sonuna kimi komandada olacağını qeyd edib.
Daha əvvəl “Fənərbağça”nın Veermanla razılaşdığı iddia edilirdi.
27 yaşlı futbolçu bu mövsüm Erediviziyada 16 oyunda 7 qol vurub.