Reading view

Region Liqası komandası cəzalandı – Azarkeşləri rəqibə hücum etdiyi üçün

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Xıdırlı” komandasına texniki məğlubiyyət verib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna “Viləş”lə oyunun yarımçıq dayandırılması səbəb olub.

Sözügedən matçda azarkeşlər meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər. Nəticədə, təhlükəsizlik tam təmin olunmadığına görə qarşılaşma yarımçıq dayandırıldığı üçün “Xıdırlı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni turnirdəki “İstiqlal” da bu halla üzləşib. Komanda “Sabirabad”la dueldə meydanda olmadığından 0:3 hesablı məğlubiyyət alıb.

Region Liqasında “Hacıqabul” isə “Ucar”la matçda həkim təyin olunmadığı üçün eyni cəza ilə üzləşib.

Bundan əlavə, U-15 Liqasında “Xudat” “Kəpəz”lə oyunda, “Qəbələ” isə “Alfa” ilə qarşılaşmada meydana çıxmadığına görə texniki məğlubiyyət alıb.

The post Region Liqası komandası cəzalandı – Azarkeşləri rəqibə hücum etdiyi üçün appeared first on Komanda.az.

❌