Reading view

İngiltərə klubu baş məşqçi postuna Terrinin namizədliyini nəzərdən keçirir

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri karyerasında yeni mərhələyə başlaya bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Çempionşipdə mübarizə aparan “Oksford Yunayted”in rəhbərliyi 45 yaşlı mütəxəssisi komandanın baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir.

Con Terri indiyədək baş məşqçi kimi çalışmayıb. O, daha əvvəl “Lester” və “Aston Villa” klublarında məşqçilər heyətinin üzvü olub, həmçinin “Çelsi”nin akademiyasında fəaliyyət göstərib.

“Oksford Yunayted” Çempionşipdə 23 turdan sonra 22 xal toplayaraq turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. Komanda növbəti oyununu dekabrın 29-da doğma meydanda “Suonsi”yə qarşı keçirəcək.

The post İngiltərə klubu baş məşqçi postuna Terrinin namizədliyini nəzərdən keçirir appeared first on Komanda.az.

❌