“Real” İngiltərə klubunun təklifini rədd edib
“Real”ın müdafiəçisi Fran Qarsiya “Bornmut”un maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilislər 26 yaşlı futbolçunu qış transfer pəncərəsi bağlanmamış heyətinə qatmaq niyyətində olub və bu məqsədlə “kral klubu”na rəsmi təklif göndərib.
Madrid təmsilçisi bu təklifi rədd edib. “Bornmut”un yayda və ya daha sonra yeni cəhd edib-etməyəcəyi hələlik məlum deyil.
İspaniyalı oyunçunun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 14 oyunda meydana çıxıb və 1 qol vurub.
The post “Real” İngiltərə klubunun təklifini rədd edib appeared first on Komanda.az.