Reading view

“Fənərbağça”dan Nunyes həmləsi

“Fənərbağça” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Əl Hilal”ın futbolçusu Darvin Nunyeslə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Fənərbağça” Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır. Nunyes “Əl Hilal”dan ayrılmağa müsbət yanaşır.

Uruqvaylı forvard bu mövsüm 16 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Fənərbağça”dan Kante sürprizi – rəsmi

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Əl İttihad”dan Nqolo Kanteni transfer edib. Bu barədə “bülbüllər”in mətbuat xidməti məlumat yayıb.

Kantenin keçidinin detalları açıqlanmayıb.

“Fənərbağça” daha öncə sənədləşmə işlərinin çatdırılmaması səbəbindən Kantenin transferinin baş tutmadığını açıqlamışdı.

Kantenin “Fənərbağça”ya keçidi baş tutmadı

“Əl İttihad”ın futbolçusu Nqolo Kantenin “Fənərbağça”ya keçidi baş tutmayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Fənərbağça” oyunçu və klubu ilə anlaşmasına baxmayaraq, “Əl İttihad”ın transfer sənədlərini vaxtında FIFA sisteminə yükləməməsi səbəbindən keçid baş tutmayıb.

“Fənərbağça”nın hücumçusu ərəblərlə razılaşdı

“Fənərbağça”nın futbolçusu Yussuf En Nesiri karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl İttihad” mərakeşli hücumçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun En Nesiriyə təklif göndərdiyi və “hə” cavabı aldığı bildirilir.

“Əl İttihad” və “Fənərbağça” danışıqları davam etdirir.

En Nesiri bu mövsüm Super Liqada 15 oyunda 7 qol vurub.

“Fənərbağça”nın hücumçusu Rusiya klubuna keçə bilər

Müqavilə ilə “Əl Nəsr”ə məxsus olan, icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duran karyerasını Rusiyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Zenit” kolumbiyalı hücumçunun icarəsi üçün klublarla danışıq aparır. Bu barədə “Championat” nəşri məlumat yayıb.

Duranın “Zenit”də oynamağa müsbət yanaşdığı bildirilir.

Forvard bu mövsüm “Fənərbağça”da 21 oyunda 5 qol vurub.

Dominik Livakoviç yenidən Zaqreb “Dinamo”sunda!

Türkiyənin “Fənərbağça” klubunun xorvatiyalı qapıçısı Dominik Livakoviç bundan sonra Zaqreb “Dinamo”sunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

“Dinamo” 30 yaşlı qolkiperi 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Xorvatlar yarım mövsümlük icarə üçün “Fənərbağça”ya 300 min avro ödəyib.

Xatırladaq ki, “Fənərbağça” Livakoviçi 2023-cü ilin avqust ayında məhz Zaqreb “Dinamo”sundan 6,65 milyon avro müqabilində transfer edib. O, İstanbul klubunun heyətində 74 oyuna çıxıb, 80 qol buraxıb, 26 matçda qapısını toxunulmaz saxlayıb. Cari mövsümün ilk dövrəsində isə Livakoviç “Jirona”da icarədə olub. Lakin o, İspaniya klubunun heyətində forma şansı qazana bilmədiyi üçün La Liqa təmsilçisini erkən tərk edib.

Livakoviç Zaqreb “Dinamo”sundan başqa “NK Zaqreb” və “Zadar”da da forma geyinib. O, Xorvatiyanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2017-ci ilin oktyabr ayında əsas millidə debüt edib. Livakoviç Xorvatiya millisinin heyətində meydana çıxdığı 71 oyunda 73 qol buraxıb, 25 matçda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, Livakoviçi icarəyə vermiş “Fənərbağça” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub “Anje”nin hücumçusu Sidiki Şerifi heyətinə qatıb. Fransalı forvard artıq İstanbuldadır. 19 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı gözlənilir.

“Fənərbağça” Sidikini icarə müqaviləsi əsasında heyətinə qatıb. Türkiyə klubu icarə üçün “Anje”yə 4 milyon avro ödəyib. Hücumçunun müqaviləsində 18 milyon avroya satınalma və əlavə olaraq 3 milyon avroluq bonus maddəsinin də yer aldığı bildirilir.

Sidiki Şerif “Anje”nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisinin heyətində 20 rəsmi matçda 4 qol vurub.

❌