Reading view

Mourinyo “Real”la oyunlar haqda: “Turnirin əsas iddiaçısı ilə qarşılaşırıq”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real”la qarşıdakı qarşılaşmalar haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Bizim yalnız iki seçimimiz var idi: “Real” və ya “İnter”. Seçim məhdud idi. Bu yaxınlarda “Real”ın bir oyunçusu matçdan sonra mənə köynəyini təklif edəndə, zarafatla “Benfika” oyunçularına “Real” futbolçularının taxdıqları gerbi göstərdim. Onlardan 15-i var… Onlar kraldırlar. Bu, sadəcə tarix deyil. Şübhəsiz ki, turnirin əsas iddiaçısı ilə qarşılaşırıq. Amma bundan əvvəl daha üç oyunumuz var və buna diqqət yetirməliyik”.

“Benfika” Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Real”ı 4:2 hesabıyla məğlub edib. Pley-off mərhələsində komandaların ilk görüşü 17 fevralda, cavab matçı isə 25 fevralda keçiriləcək.

The post Mourinyo “Real”la oyunlar haqda: “Turnirin əsas iddiaçısı ilə qarşılaşırıq” appeared first on Komanda.az.

❌