Reading view

“İmişli” rəsmisi şikayət olunan stadion haqda: “Tədbirlər görülür”

Quba səfəri Premyer Liqa komandaları üçün artıq sadəcə oyun günü deyil, əsl sınağa çevrilib. Futbolçular təkcə rəqiblə yox, bərbad vəziyyətdə olan meydança ilə də mübarizə aparmalı olur. Ot örtüyünün durumu həm oyunun tempini öldürür, həm də zədələr üçün real risk yaradır. Maraqlısı isə odur ki, bu problem aylardır gündəmdə olsa da, “İmişli” rəqiblərini hələ də Qubada qəbul etməkdə davam edir.

Məsələyə aydınlıq gətirmək üçün dünən Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq rəhbəri Sənan Abdullayevlə əlaqə saxlamışdıq. Qurum rəsmisi Komanda.az-a açıqlamasında bölgə təmsilçisinə rəsmi xəbərdarlıq məktubu göndərildiyini bildirmişdi.

Daha sonra isə qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məsələyə belə münasibət bildirdi:

“Quba Olimpiya İdman Kompleksinin əməkdaşları tərəfindən lazımi addımlar atılır, tədbirlər görülür. Stadionun qənaətbəxş vəziyyətə gətirilməsi məqsədilə bütün zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir”.

Fəxri Rüstəmli

The post “İmişli” rəsmisi şikayət olunan stadion haqda: “Tədbirlər görülür” appeared first on Komanda.az.

❌