Reading view

Fabreqas Olimpiya məşəlini daşıdı – FOTO

“Komo”nun baş məşqçisi Sesk Fabreqas Olimpiya məşəlinin estafetində iştirak edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məşəli Komo şəhərinin küçələri ilə daşıyıb.

2026-cı ilin Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milanda keçiriləcək. Oyunlara Milanla yanaşı, Kortina şəhəri də ev sahibliyi edəcək.

38 yaşlı Fabreqas 2024-cü ildən etibarən “Komo”nun baş məşqçisi vəzifəsini icra edir. Məhz bu klub ispan mütəxəssisin futbolçu karyerasında son dayanacaq olub. O, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurub.

Sabiq yarımmüdafiəçi karyerası ərzində “Barselona”, “Arsenal”, “Çelsi” və “Monako” kimi klublarda çıxış edib. İspaniya millisinin heyətində isə 2010-cu il dünya, 2008 və 2012-ci illərdə Avropa çempionu olub.

The post Fabreqas Olimpiya məşəlini daşıdı – FOTO appeared first on Komanda.az.

❌