Reading view

Qvardiola: “Foden mənim oğlumdur”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının yarımmüdafiəçisi Fil Fodenin hazırkı forması barədə danışıb. 25 yaşlı futbolçu son matçlarda əsas heyətdəki yerini itirib.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “City Report”-a açıqlamasında, Fodenin addım-addım geri qayıdacağını deyib:

“Addım-addım geri qayıdacaq. O, mənim oğlumdur, bizim oğlumuzdur. Biz onu qorumağa və ən yaxşı formasına qayıtmasına kömək etməyə çalışırıq. O, sadəcə insandır. Səkkiz-doqquz illik karyerada həm yüksəlişlər, həm də enişlər olur. Hər şey sadədir. Fodenin istedadına və komandamız üçün əhəmiyyətinə şübhə etmirəm”.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 33 matçda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.

The post Qvardiola: “Foden mənim oğlumdur” appeared first on Komanda.az.

Qvardiola Rusiya – Ukrayna müharibəsindən danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola sosial-siyasi məsələlərdən danışaraq, Rusiya, Ukrayna və Fələstindəki soyqırımdan bəhs edib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, bütün bunların dünya xalqlarının problemi olduğunu söyləyib:

“Bəşər tarixində heç vaxt, heç vaxt indiki qədər aydın məlumat gözlərimizin qarşısında olmayıb: Fələstindəki soyqırım, Ukraynada, Rusiyada baş verənlər, bütün dünyada, Sudanda, hər yerdə baş verənlər. Hamısı gözlərimizin qarşısında baş verir. Görmək istəsək də, istəməsək də, bu, bizim problemimizdir, xalqların problemidir. Bunlar bizim problemlərimizdir”.

2022-ci ilin fevral ayının sonundan etibarən Rusiya Ukraynaya işğalçı hücumlarını davam etdirir.

The post Qvardiola Rusiya – Ukrayna müharibəsindən danışdı appeared first on Komanda.az.

Qvardiolanı əvəz edə biləcək 3 məşqçi

“Mançester Siti” rəhbərliyi baş məşqçi Pep Qvardiolanın komandadan ayrılması ehtimalına hazırlıq görür.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə klubunun qısa siyahısında üç namizəd yer alır: Xabi Alonso, Sesk Fabreqas və Enzo Mareska.

Qvardiola cari mövsümün sonunda “şəhərlilər”dən ayrılmaq fikrindədir. İspaniyalı mütəxəssis 2016-cı ilin yayından etibarən klubun baş məşqçi postunu tutur.

“Mançester Siti” hazırda İngiltərə Premyer Liqasında 24 turdan sonra 47 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 6 xal geri qalır.

The post Qvardiolanı əvəz edə biləcək 3 məşqçi appeared first on Komanda.az.

❌