Reading view

Peres onun gedişinə icazə verməyib

“Real”ın prezidenti Florentino Peres müdafiəçi Fran Qarsiyanın satışını təsdiqləməyib. Əsas heyətdə nadir hallarda şans qazanan 26 yaşlı futbolçu ilə “Bornmut” yaxından maraqlanırdı və tərəflər arasında danışıqların aparıldığı bildirilirdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres qış transfer pəncərəsinin bağlanmasına az qalmış danışıqları şəxsən dayandırıb. Beləliklə, Fran Qarsiya mövsümün ikinci hissəsində də “Real”ın heyətində qalacaq.

“Transfermarkt” portalına əsasən, ispaniyalı futbolçunun bazar dəyəri 15 milyon avrodur. O, cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb və 1 qol vurub. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

The post Peres onun gedişinə icazə verməyib appeared first on Komanda.az.

❌