Reading view

“Əl-Hilal” rəsmisi: “Vinisiusla heç bir danışıq aparılmır”

“Əl-Hilal”ın baş direktoru Esteve Kalzada klubun “Real”ın hücumçusu Vinisiusu transfer etmək ehtimalıyla bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı vinger üçün danışıq aparmadıqlarını bildirib:

“Bizim vəziyyətimizdə heç bir danışıq aparılmır. Amma Səudiyyə Ərəbistanı liqasının baş direktoru mümkün olduğu təqdirdə, Vinisiusu transfer etməyə çalışacağını bildirib”.

Braziliyalı futbolçunun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir. O, bu mövsüm bütün yarışlarda 33 oyunda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.

The post “Əl-Hilal” rəsmisi: “Vinisiusla heç bir danışıq aparılmır” appeared first on Komanda.az.

❌