Reading view

Tomas Tuxel 2028-ci ilədək İngiltərə millisində!

Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxel İngiltərə Futbol Assosiasiyasının yeni müqavilə təklifini qəbul edib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, 2025-ci ilin yanvarında İngiltərə yığmasının “sükanı arxası”na təyin edilmiş Tuxelin “üç şir”lə əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin dünya çempionatının sonuna qədər nəzərdə tutulmuşdu.

Tomas Tuxel İngiltərə yığmasını indiyə qədər 10 oyuna çıxarıb, 9 qələbə qarşılığında cəmi 1 məğlubiyyət görüb. Top fərqi də diqqət çəkir – 24:3.

Tuxel İngiltərə yığmasından əvvəl “Bayern”, “Çelsi”, PSJ, “Borussiya” (Dortmund), “Maynts” və “Auqsburq” kimi komandalara da rəhbərlik edib.

❌