U-18 millimiz Belarusda beynəlxalq turnirə qatılacaq
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-18) fevralın 13-dən 16-na qədər təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq. Daha sonra yığmamız fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.
Turnirdə 8 komanda 2 qrupda yarışacaq. U-18 millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
Bakı toplanışı üçün U-18-ə dəvət alan futbolçular və oyunların təqvimi ilə sizi tanış edirik.
Belarusa bu heyətdən 21 oyunçu aparılacaq:
- Nurəziz Əzizov – Neftçi
- Bilal Hacıyev – Qarabağ
- Kamil Həsənov – Neftçi
- Uğur Qurbanlı – Qarabağ
- Rəşad Gülüşov – Sabah
- Atacan Məmmədov – Marset (İspaniya)
- Səttar Tahirzadə – Marset (İspaniya)
- Muhamməd Çodarov – Marset (İspaniya)
- İsmayıl Səfərli – Neftçi
- Əli Kiçibəyov – Turan Tovuz
- Amin Rzayev – Qarabağ
- Sahib Xəlilli – Neftçi
- Elgün Duraxanov – Sabah
- Eldar Abbasov – Qarabağ
- Raul İsaqov – Kəpəz
- Nihad Hüseynzadə – Sabah
- Ruslan Xasiyev – Şinnik (Yaroslavl, Rusiya)
- Musa Mustafayev – Zirə
- İbrahim Xəlilov – Sabah
- Samir Şərifov – Sabah
- Pünhan Kərimov – Marset (İspaniya)
- Emin Süleymanov – Neftçi
- Əli Bəşirov – Qarabağ
- Rüstəm Hüseynli – Neftçi
- Kamal Zülfiyev – Sumqayıt
- Nicat Kərimov – Sabah
19 fevral
13:50. Azərbaycan – Rusiya
20 fevral
14:20. Azərbaycan – Özbəkistan
21 fevral
16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Fevralın 23-də həlledici görüşlər keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.