Reading view

“Paris” Gilli ilə vidalşşdı, Kombuare ilə anlaşdı

Futbol üzrə Fransa çempionatının (Liqa 1) autsayderlərindən olan “Paris”in baş məşqçisi Stefan Gilli istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müvafiq qərar paytaxt təmsilçisinin uğursuz çıxışından qaynaqlanır. Fransa Liqa 1-in 23 turudan sonra 23 xal toplamış kollektiv yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Mavilər”in təhlükəli bölgədən 6 xal ayırır. Parislilər 23 oyunda 5 qələbə qazanıb, 8 heç-heçə edib, 10 məğlubiyyətə üzülüblər.

Stefan Gilli 2023-cü ilin yayından “Paris”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 104 oyuna çıxarıb, 47 qələbə, 25 heç-heçə, 32 məğlubiyyət görüb. Paytaxt təmsilçisi elitaya məhz Gillinin rəhbərliyi altında yüksəlmişdi.

Artıq komandanın yeni baş məşqçisi də məlumdur. Liqa 1 təmsilçisi 62 yaşlı fransalı mütəxəssis Antuan Kombuare ilə anlaşıb. Tərəflər arasındakı müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.

❌