Reading view

Tahir Baxşıyev: “İrlandiyanı məğlub etmək üçün gücümüz var”

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev qarşıdakı rəsmi oyunlardan gözləntilərini bölüşüb.

Arena.az xəbər verir kİ, millinin çalışdırıcısı bununla bağlı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Tahir Baxşıyev milli komandamızın Avropa çempionatının (AÇ-2029) ilkin seçmə mərhələsindəki şanslarını belə dəyərləndirib:

Baş məşqçi əsas diqqətin İrlandiya ilə ilk qarşılaşmaya yönəldiyini vurğulayıb:

“Əsas diqqətimiz İrlandiya ilə matça yönəlib. Rəqibin oyunlarını təhlil etmişik. Milliləşdirilmiş oyunçumuz da birbaşa orada komandaya qoşulacaq. Orada da iki məşqimiz olacaq. İnanırıq ki, gücümüz var. Əgər yaxşı mübarizə aparsaq, səfərdən qalib qayıdacağıq”.

Mütəxəssis hazırlıq üçün vaxtın az olmasına baxmayaraq, basketbolçuların durumunun yaxşı olduğunu söyləyib:

“Vaxtımız azdır. Uşaqların vəziyyəti normaldır, yaxşı məşqlər keçmişik. Heyətdə yalnız Əkbər Məmmədov və İsmayıl Abdullayev zədə səbəbindən bizə kömək edə bilməyəcəklər. Digər oyunçularla bağlı hər şey qaydasındadır. Bilirik ki, İrlandiya ilə oyun çətin keçəcək. Onlar da bizim kimi iki məğlubiyyətlə başlayıb. Bundan əlavə, öz meydanlarında oynayacaqlar. İndidən heç nə deyə bilmərəm. Qarşıda 4 oyun var. Lüksemburqun öz meydanında necə oynayacağını bilmirik. Biz öz oyunlarımız barədə düşünməliyik”.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələ çərçivəsində növbəti matçlarını fevralın 27-də İrlandiya, martın 2-də isə Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

Basketbol millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Basketbol üzrə Azərbaycan milli komandasının növbəti Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib.

Arena.az bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bekə ki, Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev AÇ-2029-un ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya ilə oyunlar üçün geniş heyəti açıqlayıb. Heyətdə “Sabah”dan dörd, “Neftçi”, “Gəncə”, “Şəki” və “Abşeron Lions”dan iki, “Ordu”, NTD və İspaniyanın “Tenerife” klubundan isə bir oyunçu yer alıb.

Milliyə Amil Həmzəyev, Əkbər Məmmədov (hər ikisi “Neftçi”), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı “Sabah”), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi “Gəncə”), Elşad Şirzadov (“Ordu”), Vesli Van Bek “Tenerife”), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat (hər ikisi “Şəki”), İsmayıl Abdullayev və Saadettin Donat (hər ikisi “Abşeron Lions”) dəvət olunublar.

Qeyd edək ki, Əkbər Məmmədov və İsmayıl Abdullayev geniş heyətə daxil edilsələr də, zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.

❌