Ömər Rəcəbli “Böyük Dəbilqə”nin qalibi oldu
Azərbaycanın daha bir cüdoçusu – Ömər Rəcəbli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə”nin qalibi olub.
Arena.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda Abdul-Kerim Tasuyevlə qarşılaşıb.
Rusiya təmsilçisini də məğlub etmiş Ömər Rəcəbli “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.
Bu gün tatamiyə çıxmış digər cüdoçularımızdan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) medalsız qalıblar.
Xatırladaq ki, “Böyük Dəbilqə” yarışı martın 1-də başa çatacaq. Turnirin ilk günündə Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanmışdılar. Azərbaycan bu yarışda bütövlükdə 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunur.