Tanınmış hücumçudan vida qərarı
Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını bitirməyə qərar verib.
Futbolpress.az xəbər verir ki, bu barədə 41 yaşlı hücumçu özü açıqlamasında deyib. O, martın 28-də son oyununa çıxacağını bildirib.
Vaqner 2004-2012-ci illərdə Moskva ÇSKA-sında çıxış edib. O, 259 oyunda 124 qol vurub, 53 məhsuldar ötürmə edib. Forvard Braziliya millisində 20 oyunda 4 qol vurub.
Lav hazırda ölkəsində “Retro”da çıxış edir.